Musavat.com xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, hərbçilər hazırda Nuuk hava limanındadır və "Icelandair" reysi ilə adadan ayrılmağa hazırlaşırlar.
Məlumata əsasən, alman hərbçilər Qrenlandiyada uzun müddət qalacaqmışlar. "Bild" qəfil qərarın arxasında ABŞ prezidenti Donald Trampın Qrenlandiya mövzusu ilə bağlı Avropa ölkələrinə qarşı ticarət rüsumları tətbiq etmək təhdidlərinin dayandığını yazır.
Xatırladaq ki, Tramp daha əvvəl Avropa qüvvələrinin Qrenlandiyaya göndərilməsini "çox təhlükəli oyun" adlandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31