AZ

"Pari Sen-Jermen" "Barselona"nın gənc istedadını heyətinə qatır

Fransa nəhəngi "Pari Sen-Jermen" gələcəyə investisiya qoyuluşunu davam etdirərək "Barselona"dan daha bir futbolçu transfer edir.

Fanat.Az xəbər verir ki, "L'EQUIPE" nəşrinin yaydığı rəsmi məlumata görə, Paris klubu Dro Fernandez ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.

PSJ futbolçunun "Barselona" ilə sözləşməsində yer alan 6 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirərək transferi reallaşdırıb.

Qeyd edək ki, 18 yaşlı gənc yarımmüdafiəçi bu mövsüm La Liqada 4 matçda forma geyinib.

Seçilən
92
fanat.az

1Mənbələr