Amerikalı milyarder və sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask qlobal miqyasda doğum səviyyəsinin azalması ilə bağlı narahatlığını ifadə edib.
BAKU.WS-in məlumatına görə, Mask bu barədə X sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, mövcud tendensiya davam edərsə, gələcəkdə bütöv ölkələr və mədəniyyətlər tarixdən silinə bilər.