ain.az bildirir, Moderator.az portalına istinadən.
Gəncədə yük avtomobili "Baku Bus" məxsus sərnişin avtobusu ilə toqquşub.
Moderator.az xəbər verir ki, qəza zamanı 1992-ci il təvəllüdlü Vüqar Verdiyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanalardan birinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Məlumat üçün bildirək ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb. Qəza yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.