Niderland Erediviziyasının 19-cu turu çərçivəsində növbəti qarşılaşma baş tutub.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının oyunçusu Ozancan Kökçününün də çıxış etdiyi "Volendam" doğma meydanda "Utrext"i 2:1 hesabı ilə məğlub edib.
Millimizin yarımmüdafiəçisi meydana start heyətində çıxıb və sona qədər oynayıb.
18 yanvar
"Volendam" - "Utrext" - 2:1
Qollar: J.İdeho, 10, B.Kuvas, 42
Qeyd edək ki, bu qələbə sayəsində "Volendam" turnir cədvəlində 16-cı pillədən 15-ci yerə yüksəlib. Komanda növbəti turda səfərdə "Ayaks"la qarşılaşacaq.