AZ

ABŞ Qrenlandiyanı əla keçirsə, dünyada ikinci olacaq!

ain.az bildirir, Axar.az portalına istinadən.

Əgər ABŞ Qrenlandiyanı ilhaq edərsə, 100 ildən çox müddətdə ilk dəfə ərazisini genişləndirmiş olacaq.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı politoloq Malek Dudakov RT-yə açıqlamasında deyib.

Dudakovun fikrincə, bu, ABŞ-ın 250 illik yubileyini qeyd etdiyi ildə baş verir və onlar bunu Amerikanın "qızıl dövrünə" qayıdış kimi qəbul edirlər.

“Əlbəttə ki, ABŞ orada həm hərbi bazalar yerləşdirmək, həm də mineral hasil etmək üçün daha böyük imkanlar qazanacaq”, - Dudakov bildirib.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. ABŞ Danimarkadan Virgin adalarını 1917-ci ildə alıb.

ABŞ-ın ərazisi 9,6 milyon kv.km-dır. Qrenlandiyanın sahəsi isə 2 166 086 kv.km-dır.

Hazırda ABŞ ərazisinə görə dünyada Çinlə 3 və 4-cü yerləri paylaşır. Qrenlandiyanı ilhaq edəcəyi təqdirdə ərazi baxımından Kanadanı da keçərək, Rusiyadan sonra ikinci ölkə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
99
axar.az

1Mənbələr