AZ

Bakıda dönərxanada yanğın baş verdi

BAKI, 18 yanvar. TELEQRAF

Paytaxtın Səbail rayonu, "Sahil" metrostansiyasının yaxınlığında dönərxanada yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Seçilən
63
12
teleqraf.com

10Mənbələr