AZ

Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var

Səudiyyə Ərəbistanı klubları transfer bazarında səs-küylü gedişləri ilə diqqət mərkəzində qalmağa davam edir.

QOL.az xəbər verir ki, "Footmercato"nun məlumatına görə, "Əl-Hilal" Fransanın "Renn" klubunun 18 yaşlı hücumçusu Kader Meyteni heyətinə qatmaq üçün hərəkətə keçib.

Səudiyyə təmsilçisi gənc fransalı oyunçu üçün fantastik məbləğ, 40 milyon avro təklif edib.

Məlumata görə, 2022-ci ildən "Renn"in yetirməsi olan və əsas komandada yerini möhkəmlədən Meyte bu mövsüm Liqa 1-də 15 oyuna çıxıb. O, bu görüşlərdə 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, bu təklifə baxmayaraq futbolçunun belə gənc yaşda Avropanı tərk edib Səudiyyə Ərəbistanına yollanmaq barədə ciddi tərəddüdləri var və o, hələ yekun qərarını verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
126
1
qol.az

2Mənbələr