AZ

Afaq Bəşirqızı ilə bağlı YENİ XƏBƏR

Xalq artisti Afaq Bəşirqızı uzun müddət sonra yenidən teatr səhnəsində çıxış edəcək. 

"Yeni Sabah" xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq. 

Uzun müddətdir səhhətindəki problemlə əlaqədar səhnədən uzaq qalan Bəşirqızı yanvarın 30-da tamaşaçılaela görüşəcək. Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında ərsəyə gələn tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Qeyd edək ki, A.Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyini, ayaqlarında ciddi problem olduğunu açıqlamışdı./Sfera.az


Telegram kanalımız
Seçilən
119
13
yenisabah.az

10Mənbələr