Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində, metronun “Sahil” stansiyasının yaxınlığındakı dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən mlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.