Bakı. Trend:
Türkiyə Superliqasında XVIII turun növbəti oyunu keçirilib.
Trend-inməlumatına görə, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə"Alanyaspor"un qonağı olub.
Gərgin və maraqlı keçən görüş İstanbul təmsilçisinin 3:2 hesablıqələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 42-yə çatdıran "Fənərbağça" ikincipillədə qərarlaşıb. Turnir cədvəlinə 43 xalla "Qalatasaray"başçılıq edir.