AZ

ABL: “Ordu”, “Sumqayıt” və “Neftçi”dən qələbə – ARENA.AZ

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

İlk olaraq B qrupunda “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlib. Matç “Ordu”nun 98:82 hesablı qələbəsi ilə bitib.

A qrupunda “Gəncə” və “Neftçi” kollektivləri qarşılaşıblar. Görüş Bakı təmsilçisinin 77:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son görüşündə isə “Sumqayıt” və “Quba” basketbolçuları münasibətlərinə aydınlıq gətiriblər. Sumqayıtın eyniadlı təmsilçisi bu görüşdə 94:90 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, turun ilk matçında “Naxçıvan” “Lənkəran”a 106:75 hesabı ilə qalib gəlmişdi.

13-cü tura yanvarın 18-də yekun vurulacaq.

A qrupu: Abşeron Lions – 23. Sabah – 21. Neftçi – 18. Gəncə – 17. Şəki – 14. NTD – 12.

B qrupu: Ordu – 26. Naxçıvan – 23. Lənkəran – 17. Sərhədçi – 17. Quba – 17. Sumqayıt – 17.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
9
arena.az

10Mənbələr