AZ

Afaq Bəşirqızı uzun fasilədən sonra İLK DƏFƏ səhnədə çıxış edəcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra teatr səhnəsinə geri dönəcək.

Oxu.Az xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq.

Səhhətindəki problemlərə görə, uzun müddət səhnədən uzaq qalan aktrisa yanvarın 30-da tamaşaçılarla görüşəcək. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Yeddi məhbusə anası" pyesi əsasında hazırlanıb və bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Xatırladaq ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəliklə mübarizə apardığını və ayaqlarında ciddi problemlər olduğunu açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
70
oxu.az

1Mənbələr