AZ

Türkiyə XİN Suriyada atəşkəsin uğurlu olacağında ümid edir

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada "Suriya DemokratikQüvvələri" ilə elan edilmiş atəşkəsin uğurla həyata keçirilməsinəümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin açıqlamasındabildirilib.

"Ümid edirik ki, Suriya Prezidenti Əhməd əl-Şara tərəfindən bugün elan edilən atəşkəs və tam inteqrasiya razılaşması, ölkəninərazi bütövlüyü və birliyinə əsaslanaraq sabitlik vətəhlükəsizliyin təmin edilməsi səylərini tez və effektiv şəkildəirəli aparacaq. 8 dekabr 2024-cü ildə Suriyada başlayan və ölkəninfiravan bir gələcək qurması üçün müstəsna bir fürsəti təmsil edənyeni dövr hazırda kritik bir mərhələdədir", - deyə qeyd olunub.

Xarici İşlər Nazirliyi həmçinin ümid etdiyini bildirib ki,Suriyadakı bütün qruplar və fərdlər real vəziyyəti anlayaraqölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylikvə inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar.

Seçilən
37
1
az.trend.az

2Mənbələr