AZ

Türkiyə XİN Suriyadakı atəşkəslə bağlı bəyanat

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada əldə edilən atəşkəslə bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda deyilir:

"Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən bu gün (18 yanvar) elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq.

Hesab edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək. Suriyada 8 dekabr 2024-cü ildə başlayan və ölkənin firavan gələcəyə çatması üçün müstəsna fürsət təşkil edən yeni dövr hazırda kritik mərhələdədir.

Seçilən
27
2
publika.az

2Mənbələr