AZ

Türkiyə XİN-dən Suriyadakı atəşkəsə reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın gələcəyi baxımından kürdlərlə bağlı mövcud vəziyyəti kritik adlandırıb və kürd koalisiyası olan “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə elan edilən atəşkəsin uğurla reallaşacağına ümid ifadə edib.Metbuat.az xəbər verir ki, XİN-in bəyanatında qeyd olunur ki, Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd aş-Şaraa tərəfindən bu gün elan edilən atəşkəs və tam inteqrasiya haqqında razılaşma ölkənin ərazi bütövlüyü və birliyi əsasında sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində səyləri sürətlə və effektiv şəkildə irəli aparmalıdır.

    Nazirlik qeyd edib ki, Türkiyə Suriyanın terrorizmlə mübarizə səylərini, eləcə də inklüziv yanaşma və həmrəylik prinsiplərinə əsaslanan bərpa təşəbbüslərini dəstəkləməyə davam edəcək.

    Seçilən
    94
    3
    metbuat.az

    4Mənbələr