İranın ali dini lideri Əli Xameneiyə qarşı mümkün hücum İran xalqına qarşı tammiqyaslı müharibə kimi qiymətləndiriləcək.Bunu İran Prezidenti Məsud Pezeşkian "X" hesabında yazıb.
O bildirib ki, İran cəmiyyətində mövcud olan iqtisadi çətinliklər və məhrumiyyətlərin əsas səbəblərindən biri ABŞ hökumətinin və onun müttəfiqlərinin uzun illərdir davam edən düşmən siyasəti və sanksiyalarıdır.
Prezidentin sözlərinə görə, ali dini liderə qarşı hər hansı təhdid və ya hücum təkcə dövlət rəhbərliyinə deyil, birbaşa İran xalqına yönəlmiş addım hesab olunacaq. Pezeşkian vurğulayıb ki, belə bir ssenari Tehranın bunu açıq şəkildə müharibə aktı kimi dəyərləndirməsinə səbəb olacaq.