"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, müğənni yanvarın 18-də evində həyat yoldaşını təbrik etdiyi anları izləyiciləri ilə bölüşüb.
Videoda cütlüyün övladları da yer alıb.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 övladı var. Onlar Türkiyədə yaşayırlar.