AZ

SOCAR Kulevi terminalında 2026-cı ildə görüləcək işləri açıqlayıb

Bakı. Trend:

2025-ci ildə Kulevi terminalı vasitəsilə ümumilikdə 2,2 milyonton xam neft, neft, neft-qaz və neft-kimya məhsulları ötürülüb.

Bunu Trend-insorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR)bildiriblər.

“Hesabat dövründə terminalda xam neftlə yanaşı, paraxylene vəpropilen kimi neft-kimya məhsulları, eləcə də benzin, dizel, LPG,JET A-1 aviasiya yanacağı, kerosin, metanol, nafta və digərneft-qaz məhsullarının ötürülməsi həyata keçirilib”, - deyəşirkətdən bildirilib.

Bundan əlavə, SOCAR-ın verdiyi məlumata görə, 2025-ci il ərzindəterminalın infrastrukturunun inkişafı istiqamətində mühüm işlərgörülüb:

“Belə ki, yeni 7 nömrəli çənlər parkında hər biri 20 000 m³həcmində olan 4 çənin tikintisi üzrə Yekun İnvestisiya Qərarıalınıb, layihənin FEED mərhələsi tamamlanıb və tikinti üzrə tenderprosesi həyata keçirilib. Bununla yanaşı, yeni dəmiryoluestakadasının və dalğaqıranın tikintisi üzrə ilkin texniki vəəməliyyat təhlilləri aparılmışdır.”

Bu il görüləcək işlərə gəldikdə isə, şirkətdən bildirilib ki,2026-cı ildə yeni çənlər parkının tikintisinə başlanılması vəlayihənin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır:“Eyni zamanda, yeni dəmiryolu estakadası və dalğaqıran üzrə konseptseçimi mərhələsinin yekunlaşdırılması, həmçinin 3-cü gəmiyanalmakörpüsünün tikintisi üzrə ilkin texniki-iqtisadi təhlillərinaparılması nəzərdə tutulur.”

Məqalədə:
Seçilən
133
3
az.trend.az

4Mənbələr