AZ

Yüngül respirator infeksiya ağır fəsadlara yol aça BİLƏR

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hətta yüngül formada keçən kəskin respirator virus infeksiyası (KRVİ) düzgün müalicə olunmadıqda ağır fəsadlara səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Olqa Ulankina gazeta.ru-ya açıqlamasında xəbərdarlıq edib.

Mütəxəssis soyuqdəymə və ya qrip əlamətləri olan şəxslərin işə getməsinin təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bu, həm xəstənin özü, həm də kollektivdəki digər əməkdaşlar üçün ciddi risk yaradır.

Həkim vurğulayıb ki, xəstəliyin ilk üç-dörd günü insan xüsusilə yoluxdurucu olur. Bu müddətdə virus danışarkən, asqırarkən və hətta əşyalara toxunduqda yayılır. Ulankinanın sözlərinə görə, yoluxma hətta boş liftdə də baş verə bilər — əgər ondan əvvəl virus daşıyıcısı olan şəxs öskürüb və ya asqırıbsa.

Mütəxəssis vətəndaşları sağlamlıqlarına məsuliyyətlə yanaşmağa və xəstəlik əlamətləri olduqda evdə qalaraq müalicə olunmağa çağırıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
redaktor.az

2Mənbələr