AZ

Ərdoğan Əhməd Əl Şaraa ilə danışıb, dəstəyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyini bildirib.

Türkiyənin rəhbəri Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.


Telegram kanalımız
Seçilən
79
3
yenisabah.az

4Mənbələr