Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu açıqlanıb.
QOL.az xəbər verir ki, bu, Seneqal millisinin üzvü Sadio Mane olub. 33 yaşlı hücumçu turnirdə 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Afrika Millətlər Kubokunu Seneqal millisi qazanıb. Komanda final matçında Mərakeşə 1:0 hesabı ilə qalib gəlib.