AZ

Simeone Alvarezə arxa çıxdı

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone La Liqanın 20-ci turunda “Alaves”ə qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan oyundan sonra Xulian Alvarezin çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis hücumçunun oyunundan razı qaldığını və qolların gec-tez gələcəyini bildirib.

“O, həm La-Korunya səfərində, həm də “Real”la oyunda çox yaxşı çıxış etdi. Yaxşı oynayır, qollar mütləq gələcək. Narahat deyiləm, çünki onun qolları var. Sadəcə işləməyə davam etməlidir. “Atletiko”dakı sabitliyini nəzərə alsaq, tezliklə Xulianın qollarından danışacağıq”, - deyə Simeone “Mundo Deportivo”ya açıqlamasında söyləyib.

Cari mövsümdə Xulian Alvarez bütün turnirlərdə 27 oyuna çıxıb, 11 qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
icma.az

2Mənbələr