AZ

Hazırda fəaliyyət göstərən vəkillərin 80%-dən çoxu Bakıda işləyir

Bakı.Trend:

Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən tətbiq olunduğununəzərə alsaq, qeyd edilməlidir ki, 2004-2018-ci illər ərzində (14il ərzində) cəmi 5 yazılı test imtahanı keçirilib.

Trend xəbərverir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, son 8 il ərzində isə bu rəqəm 16-ya çatıb. Bu 16imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 1 975 nəfəricbari təlim mərhələsini uğurla başa vuraraq and içib və nəticədəölkəmizdə vəkillərin sayı 3 dəfədən çox artıb.

2025-ci ildə Vəkillərin İxtisas Komissiyası tərəfindən imtahanınşifahi mərhələsi üzrə 34 iclas, vəkilliyə qəbulla bağlı isə 2yazılı test imtahanı təşkil olunub. 06.07.2025 və 28.11.2025-ci iltarixlərində keçirilən yazılı test imtahanlarında ümumilikdə 823namizəd iştirak edib, onlardan 420 nəfər müvəffəqiyyət qazanıb.Hesabat ili ərzində 469 nəfər şifahi müsahibədə iştirak edib, 366nəfər növbəti mərhələyə keçib. İl ərzində isə 347 nəfər vəkil andiçərək Kollegiyanın üzvlüyünə qəbul olunub.

Nəticə etibarilə, 2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2836 nəfərə çatıb. Hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlifregionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillikinstitutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığınıtəsdiqləyir.

Kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyətgöstərir.

Seçilən
133
az.trend.az

1Mənbələr