AZ

Ezamiyyətə gedən işçilərlə bağlı yeni qayda – Artıq hər iki iş yeri məcburdur!

Xəbər verdiyimiz kimi, işçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərlə bağlı Əmək Məcəlləsinə yeni əlavələr edilib.

NOCOMMENT.az-ın məlumatına görə, bu dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda öz əksini tapıb.

Yeni qaydaya əsasən, bir neçə iş yeri olan işçilərin ezamiyyət dövründə digər iş yerindəki hüquqi vəziyyəti dəqiq şəkildə tənzimlənib. Qanun işçinin xahişi ilə bir iş ilində aşağıdakı hallarda ödənişsiz məzuniyyət verilməsini nəzərdə tutur:

Əsas iş yerində ezamiyyətə gedən işçiyə – əlavə iş yerində*, əsas iş yeri üzrə ezamiyyətdə qaldığı müddət ərzində ödənişsiz məzuniyyət;

Əlavə iş yerində ezamiyyətə gedən işçiyə – əsas iş yerində, əlavə iş yeri üzrə ezamiyyə müddətində ödənişsiz məzuniyyət.

Bu dəyişiklik sayəsində artıq iki iş yeri olan işçilər ezamiyyət dövründə digər iş yerində işdən yayınma kimi qiymətləndirilmir. Ezamiyyətdə olduğu müddət rəsmi şəkildə ödənişsiz məzuniyyət hesab olunacaq.

Yeni mexanizm həm işçilərin hüquqlarını qoruyur, həm də işəgötürənlər üçün hüquqi qeyri-müəyyənliyi aradan qaldırır.

Tunar

Seçilən
120
nocomment.az

1Mənbələr