AZ

Fransa millisinin sabiq ulduzu zorakılıqda ittiham olunur

BAKI, 19 yanvar. TELEQRAF

Fransa millisinin sabiq futbolçusu Dimitri Payet zorakılıqda ittiham olunur.

Teleqraf “The Sun” nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçinin sabiq sevgilisi Larissa Ferrari onun tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını iddia edib.

Ferrari 2024-cü ilin aprelində də Braziliya polisinə müraciət edərək, futbolçunun ona xəsarətlər yetirdiyini və müxtəlif formalarda zorakılıq tətbiq etdiyini bildirmişdi. Qadın zorakılıq səbəbindən uşağını itirdiyini də iddia edib.

Qeyd edək ki, Dimitri Payet karyerası ərzində “Nant”, “Sent-Etyen”, “Lill”, “Marsel” və “Vest Hem” klublarında çıxış edib. Təcrübəli futbolçu son olaraq 2023–2025-ci illərdə Braziliyanın “Vasko da Qama” klubunun formasını geyinib.

Seçilən
51
teleqraf.com

1Mənbələr