Tramp 2029-cu ildə İranda qəhrəman kimi qarşılanacaq.
İnterpress.az xəbər verir ki, bunu amerikalı jurnalist Mark Tissen deyib.
Mark Tissen ABŞ prezidenti Donald Trampın gələcək siyasəti və dünyanın siyasi mənzərəsi ilə bağlı sensasion proqnozlar verib.
O iddia edib ki, 2029-cu ildə İran, Kuba və Venesuela Trampı qəhrəman kimi qarşılayacaq.
Jurnalist gələcək ssenarini belə təsvir edib:
“Suriya və Əsəd rejimi devrilib. ‘Hizbullah’ devrilib. HƏMAS məhv edilib. İran azad və demokratik ölkədir”.
Tissen Yaxın Şərqdən kənara çıxaraq digər regionlar barədə də nikbin danışıb:
“Venesuela Amerikanın azad demokratik müttəfiqi ola bilər və neft qiymətlərinin aşağı salınması, eləcə də digər məsələlərdə bizimlə işləyə bilər. Mən sizinlə mərc gəlməyə hazıram ki, Trampın prezidentlik müddəti bitənə qədər Kuba da azad ölkəyə çevriləcək. Təsəvvür edirsiniz?”.
Ekspert bunu Ronald Reyqan və 1989-cu il inqilabından bəri görünməmiş demokratik transformasiya adlandırıb:
“Bu, Trampın dövründə baş verə bilər. Proqnozlaşdırıram ki, Donald Tramp vəzifəsini tərk etməzdən əvvəl azad İranı, azad Havananı və azad Karakası ziyarət edəcək və bu paytaxtların hər birində qəhrəman kimi qarşılanacaq”.
Xuraman Etibarlı
İnterpress.az