AZ

Pakistanda ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb

Pakistanın Kəraçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 14-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən DAWN məlumat yayıb.

Daha əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, bu gün səhər xilasetmə xidmətləri binanın dağıntıları altında daha səkkiz nəfərin meyitini aşkar ediblər. Sind vilayətinin qubernatoru Kamran Tessori bildirib ki, 70-dən çox insan itkin düşmüş hesab olunur.

O, hadisənin milli faciəyə çevrildiyini vurğulayıb.

Xatırladaq ki, Kəraçidəki ticarət mərkəzində güclü yanğın yanvarın 17-də axşam saatlarında başlayıb və 24 saatdan çox müddətdən sonra tam söndürülüb.

Yanğının dəqiq səbəbi hələ müəyyən edilməyib.

Seçilən
133
1
far.az

4Mənbələr