AZ

Rusiyada inanılmaz hadisə: Tikinti kranından yıxılan qadın sağ qaldı

Tatarıstanda (Rusiya) qadın qülləli kranın kabinəsindən yıxılıb.

Bu barədə respublika prokurorluğunun mətbuat xidməti "Telegram"da məlumat yayıb.
 


Qəza Buqulmada mexaniki zavodun ərazisində baş verib. Zavodda həmin vaxt iş saatı olub.


Qadın həddindən artıq yüksəklikdən yıxılsa da, o, xəsarətlər alaraq sağ qalıb. Şəhər prokuroru hadisə yerinə baş çəkərək insidenti şəxsi nəzarətinə götürüb. Hazırda qəzanın detalları araşdırılır.

 

 


Seçilən
52
3
7news.az

3Mənbələr