AZ

5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur SİYAHI

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin aktivləri 2,5 milyard manatdan çox olub.

Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) (13 milyard 626,9 milyon manat), “Kapital Bank” (11 milyard 320,9 milyon manat), “PAŞA Bank” (9 milyard 407,3 milyon manat), “Xalq Bank” (3 milyard 184,5 milyon manat) və “Bank Respublika”dır (2 milyard 725,7 milyon manat).

Qalan 17 bankdan 7-də aktivlər 1 - 2,5 milyard manat arasında, 10 bankda isə 0,1 - 1 milyard manat arasında olub.

Son 1 ildə 22 bankdan 3-nün – “Kapital Bank”, “Bank BTB” və “Bank VTB Azərbaycan”ın aktivləri azalıb. Müvafiq olaraq 0,5%, 1,7% və 3,4%.

1 bankın – ABB-nin aktivləri demək olar ki, dəyişməyib.

İş elanları AzVak.az-da

18 bankın isə aktivləri artıb. Bu baxımdan ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (48,5%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (1%) qeydə alınıb.

Əlavə edək ki, aktivlərinin həcminə görə ən böyük bank dövlətə məxsus olan  “Azərbaycan Beynəlxalq Bankı”, ən böyük özəl bank isə "Kapital Bank" ASC-dir.

Aktivlərinin həcminə görə, bankların renkinqi (31.12.2025)

© Yurd.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
marja.az

2Mənbələr