ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Mingəçevirdə fərdi sahibkar Münasib Qasımov intihara cəhd edib.
KONKRET.az-ın məlumatına görə, iş adamı şəhərdə yerləşən qəbiristanlıqda atasının məzarı üzərində sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən 41 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, iş adamının külli miqdarda borcu yarandığı üçün özünəqəsdə əl atıb.
Faktla bağlı araşdırma aparılır.
Ağagül Mürsəlov,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.