Mərkəzi Asiyada ilk "Süni İntellekt Haqqında" qanun Qazaxıstanda qüvvəyə minib.
7News.Az TASS-a istinadən xəbər verir ki, yeni qayda, digər məsələlərlə yanaşı, süni intellekt (Sİ) sistemlərinin sahiblərinin bütün yaradılan məzmunu - şəkilləri, videoları, səs yazılarını, mətnləri və digər məlumatları nişanlamalarını tələb edir.
Qanun həmçinin Qazaxıstanda müəyyən neyron şəbəkələrinin fəaliyyətini qadağan edir və müəllif hüquqları məsələlərini tənzimləyir.