Bakı, 19 yanvar, AZƏRTAC
İndoneziyanın mərkəzi hissəsindəki Şərqi Yava əyalətində Semeru vulkanının azı altı püskürməsi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Antara” informasiya agentliyi müşahidə postuna istinadla məlumat yayıb.
Məlumata görə, vulkanın külü kraterdən 1000 metr, yaxud dəniz səviyyəsindən 4676 metr yüksəkliyə qalxır və şimal-şərq istiqamətində sürətlə yayılır. Bölgə sakinlərinə ehtiyatlı olmaq və mövcud riskləri nəzərə alaraq, kraterdən 5 kilometr radiusda uzaq durmaq tövsiyə edilib.
Dəniz səviyyəsindən 3676 metr yüksəklikdə yerləşən Semeru Yava adasındakı ən hündür vulkandır.
İndoneziya arxipelaqı 18.000 adadan ibarətdir və Sakit okeanın "Odlu halqa" adlanan hissəsində yerləşir. Arxipelaqda təxminən 130-u aktiv olan 500-dən çox vulkan var.