AZ

Sürət qatarı toqquşdu - 39 ölü, 75 yaralı

İspaniyanın cənubunda iki sürətli qatarın toqquşması nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Ölkə.az xəbər verir ki,  Malaqadan Madridə gedən, təxminən 300 sərnişin daşıyan axşam qatarının arxa hissəsi Kordova yaxınlığında relsdən çıxaraq Madriddən Huelvaya gedən 200 sərnişin daşıyan qatara çırpılıb.
Qəza nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Ən azı 75 nəfər yaralanıb.

Bundan öncə qəza nəticəsində 21 nəfərin öldüyü barədə məlumatlar yayılıb. 
Qatarın relsdən çıxmanın səbəbi məlum deyil, lakin mütəxəssislər artıq bunu qeyri-adi  hadisə adlandırırlar. 

“Puente” nəşrinin verdiyi məlumata görə, qatarın relsdən çıxması "son dərəcə qəribə" görünür, çünki qatar ötən may ayında təxminən 700 milyon avroya təmir edilmiş düz bir dəmir yolu hissəsində relsdən çıxıb. Nəşr yazıb ki, qatarın özü praktik olaraq yeni idi.

 Mürtəza

Seçilən
96
olke.az

1Mənbələr