AZ

Flik: Hakimin nələr etdiyini hamı gördü

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Flik: "Hakimin nələr etdiyini hamı gördü"

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 20-ci turunda "Real Sosyedad"a qarşı keçirilən matç haqqında danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis baş hakim Xesus Gil Manzanodan narazı qalıb.

Oyun ərzində referi Kataloniya təmsilçisinin bir neçə qolunu hesaba almamışdı, bunlardan 2-si VAR-ı nəzərdən keçirdikdən sonra hesabdan çıxarılmışdı.

Flik isə bu haqda deyib: "Mən həmişə La Liqa hakimləri haqqında yüksək fikirdə olmuşam. urada çox yaxşı hakimlərimiz var. Amma bir hakimdən başqa... Hamı onun necə biri olduğunu bilir... Frenki mənə hakimin təkəbbürlü olduğunu dedi və haqlı idi. Hamı onun bu gecə nə etdiyini gördü".

"Barselona" 20 oyundan sonra 49 xalla La Liqa turnir cədvəlinə liderlik edir. "Real Sosyedad" isə 24 xalla 9-cu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
160
1
qol.az

2Mənbələr