ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
16 yanvar 2026-cı ildə Qaynarinfo.az saytında yayımlanan "Səfər Mehdiyevin şirkətində rəhbər dəyişikliyi: Direktor vəzifədən getdi" başlıqlı məlumat ilə bağlı "APF Group" MMC-dən açıqlama daxil olub.
Şirkətdən Qaynarinfo-ya daxil olan məlumatda deyilir:
"Məlumat üçün diqqətinizə çatdırmaq istəyirik ki, sosial şəbəkələrdə və xəbər saytlarında 16.01.2026-cı il tarixdə yayınlanmış "APF Group" MMC-nin rəhbəri dəyişib" başlıqlı xəbərdə qeyd olunan "APF Group" MMC-nin DGK-nin keçmiş sədri Səfər Mehdiyevə məxsus olması barədə məlumat həqiqəti əks etdirmir".
Bununla belə, xəbərdə "APF Group" MMC-də rəhbər dəyişikliyi barədə yazılanlar - direktor Fuad Əlizadənin Rafiq Xəlilovla əvəzlənməsi faktı təsdiqlənib.
Qeyd edək ki, "APF Group" MMC 6 iyun 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, N.Tusi küçəsi, ev 5/1-də yerləşir. Şirkətin ilk rəhbəri Fuad Əlizadə olub. O, bundan əvvəl Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində işləyib, gömrük polkovnikidir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.