AZ

Ötən il Avstriyadan Azərbaycana səfər edənlərin sayında 6% artım müşahidə olub (FOTO)

Bakı.Trend:

Azərbaycanın turizm potensialı 15-18 yanvar tarixlərindəAvstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Ferien-Messe Wien”turizm sərgisində nümayiş etdirilib.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu VyanadakıAzərbaycan Mədəniyyət Mərkəzi və “Dreamland Baku” ilə birgə təmsilolunub.

Azərbaycanın Avstriya Respublikasındakı fövqəladə vəsəlahiyyətli səfiri Rövşən Sadıqbəyli milli stendə baş çəkərəknümayiş olunan turizm məhsulları ilə tanış olub.

Tədbir çərçivəsində tanınmış avstriyalı jurnalist Kladius RayxılAzərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Avstriyadan Azərbaycana səfəredənlərin sayında 2024-cü illə müqayisədə 6% artım müşahidəolunub.

Ötən
Ötən
Seçilən
85
az.trend.az

1Mənbələr