Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edib.
Doğru.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra, dövlət reyesterində qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar əks olunacaq.
DOĞRU.AZ