İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 39-a çatıb.
Hafta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, 152 nəfər yaralı var.
Madrid ilə Cənubi Andalusiya bölgəsi arasında, o cümlədən Kordoba, Sevilya və Qranada şəhərləri arasında 200-dən çox qatarın hərəkəti ləğv edilib.
10:27
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə RTVE məlumat yayıb. Telekanalın bildirdiyinə görə, ən azı 24 nəfər ölüb, 73 nəfər yaralanıb. Yaralananlardan dördü azyaşlıdır.
Məlumata əsasən, xəsarət alanlardan 15-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, daha əvvəl ölənlərin sayının 21 nəfər olduğu bildirilmişdi.
08:43
İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Hafta.az xəbər verir ki, “Reuters” agentliyinin İspaniyanın Daxili İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumatına görə, hadisə zamanı təxminən 100 nəfər yaralanıb, onlardan 25-nin vəziyyəti ağırdır. TVE televiziya kanalının məlumatına görə, qatarların birində təxminən 300, digərində isə 100 sərnişin olub.
Qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan qatar paytaxt Madriddən Huelvaya gedən digər qatarla toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid–Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.