Bakı. Trend:
2025-ci il ərzində şərti məhkum edilmiş, cəzadan şərti olaraqvaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış373 nəfər qiymətləndirmə prosesinə cəlb edilib ki, onlardan 11-iPrezident İlham Əliyevin əfv sərəncamı ilə cəza çəkməkdən azadedilən şəxslər olub.
Trend xəbərverir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədriVüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ciilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuatkonfransında bildirib.
Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyi və PenitensiarXidmətin birgə əməkdaşlığı çərçivəsində 16 saylı cəzaçəkməmüəssisəsində sosial-psixoloji kabinet fəaliyyət göstərir.
"Həmin kabinet vasitəsilə 2025-ci ildə cəza çəkməkdən azadedilməsinə 3 ay qalmış 82 nəfər məhkum şəxslə ilkinsosial-psixoloji qiymətləndirmə aparılıb. Gələcəkdə bu kimisosial-psixoloji kabinetlərin sayını artıraraq digər müəssisələridə əhatə etməyi düşünürük.
4 saylı cəzaçəkmə müəssisəsində isə 3 yaşınadək uşağı olanməhkum qadınlarla, eləcə də 1 nəfər Şri-Lanka vətəndaşı olanmiqrant məhkumla sosial-psixoloji adaptasiya işi aparılıb"