Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyada baş verən qatar toqquşması ilə bağlı başsağlığı verib.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.
“İspaniyanın Kordova şəhərində çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli qatar toqquşması xəbəri bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və İspaniya xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzulayırıq” – paylaşımda bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta