AZ

NBA: Türkiyəli basketbolçunun komandası evdə qələbə qazanıb

Bakı, 19 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha beş qarşılaşma keçirilib.

AZƏRTAC xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Nyu Orleans Pelikans”a 119:110 hesabı ilə qalib gəlib.

Hazırda ev sahibləri Qərb Konfransının turnir cədvəlində 4-cü, qonaqlar isə Şərqdə 15-cidir.

Matçların nəticələri

“Hyuston Rokets” - “Nyu Orleans Pelikans” – 119:110

“Denver Naqqets” - “Şarlott Hornets” – 87:110

“Los-Anceles Leykers” - “Toronto Reptors” – 110:93

“Çikaqo Bullz” - “Bruklin Nets” – 124:102

“Sakramento” - “Portlend Treyl Bleyzers” – 110:117.

Seçilən
82
azertag.az

1Mənbələr