AZ

Ərdoğan: “Suriya terrorçulardan təmizlənməlidir”

AzVision.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəftərxanasının yaydığı məlumatda belə deyilir.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğannı Suriya prezidenti Əhməd Əl Şara ilə keçirdiyi telefon danışında ikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə olunub. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə, təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb. O, bəyan edib ki, Suriya ərazisinin terrordan tam azad olunması həm Suriyanın özü, həm də bütün region üçün vacibdir”, - bəyanatda deyilir.

Türkiyə lideri həmçinin bildirib ki,“Anakara Türkiyənin Suriyaya, xüsusən də terrorla mübarizədə dəstəyi artmaqda davam edəcək”.

Telefon danışığı Suriya ordusunun “Suriya Demokratik Qüvvələri (SDQ)” kürd koalisiyasına qarşı davam edən əməliyyatı fonunda və yanvarın 18-də tərəflər arasında atəşkəs sazişinin bağlanmasından sonra baş tutub.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
145
2
azvision.az

3Mənbələr