Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Siyahıda Honkonq, Makao və Tayvan sakinləri ilə yanaşı, Çində yaşayan əcnəbilər də yoxdur
Çin əhalisinin azalması davam edir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Çin Milli Statistika Bürosu (NBS) yeni əhali məlumatlarını dərc edib.
Bildirilib ki, 2025-ci ildə ölkə əhalisi 2024-cü ilin sonundan 3,39 milyon azalaraq 1.404.89 milyon nəfər təşkil edib. Doğum nisbəti hər min nəfərə 5,63, ölüm nisbəti isə hər min nəfərə 8,04 təşkil edib. Əhalinin təbii azalması hər min nəfərə -2,41-dir.
Həmçinin bildirilib ki, siyahıda Honkonq, Makao və Tayvan sakinləri ilə yanaşı, Çində yaşayan əcnəbilər də yoxdur.
Vurğulanıb ki, Çin əhalisi ardıcıl dördüncü ildir ki, azalmaqdadır. Xüsusilə, 2024-cü ilin sonuna qədər Çin əhalisinin sayı 1,39 milyon, 2023-cü ildə isə 2 milyon azalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.