Bakıda 61 yaşlı fəhlə yıxılaraq ölüb.
Metbuat.az Apa-ya istindən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Buzovna qəsəbəsində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Babayev pilləkəndən yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.