AZ

Ödənişli avtomagistrallarda sürət həddi müyyənləşdirilir

Yazını böyüt
Yazını kiçilt

Yol hərəkəti qaydalarının təkmilləşdirilməsi məqsədilə “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlarda dəyişiklik edilir.

Hafta.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 19-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihədə “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinin 6-cı bəndinin yeni təkmil redaksiyada verilərək avtomagistrala “bu Qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, bir-birindən ayrıca zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yol” kimi anlayışının verilməsi təklif olunur.

Qeyd edilir ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilib. Həmçinin “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul olunub. Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.

Seçilən
96
4
hafta.az

4Mənbələr