AZ

7 Azərbaycan vətəndaşı Rusiyadan çıxarıldı

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Novosibirsk vilayətində ölkədə qalma qaydalarını pozan 97 əcnəbi vətəndaş son üç gün ərzində deportasiya edilib.

Milli.Az xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin regional şöbəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, deportasiya olunan şəxslərdən 41 nəfər Özbəkistana, 29 nəfər Tacikistana, 16 nəfər Qırğızıstana göndərilib. Bundan əlavə, 7 Azərbaycan vətəndaşı və 4 Qazaxıstan vətəndaşı da ölkəni tərk etməyə məcbur olub.

Qanun pozuntusu aşkar edilən əcnəbilər əvvəlcə müvəqqəti saxlama mərkəzinə yerləşdirilir. Məhkəmə qərarından sonra isə hüquq-mühafizə orqanları onları dövlət sərhəd keçid məntəqəsinə qədər müşayiət edir.

Deportasiya olunan şəxslərin Rusiyaya girişi beş il müddətinə qadağan edilir.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
3
news.milli.az

4Mənbələr