ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” (Almaniya) oyunu öncəsi mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Bildirilib ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həmin gün saat 18:00-da isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq təşkil olunacaq. Açıq məşqin yalnız ilk 15 dəqiqəsi jurnalistlərin iştirakı ilə izlənilə biləcək.
Qonaq komanda “Ayntraxt Frankfurt”un mətbuat konfransı və açıq məşqi isə Almaniyada baş tutacaq.
Media mənsubları akkreditasiyalarını yanvarın 20-də saat 10:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından əldə edə bilərlər.
Xatırladaq ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayntraxt Frankfurt” qarşılaşması saat 21:45-də başlayacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.