Müəllif: Gülnar Əhmədli, Banco.az
Expressbank-ın kredit portfeli cari ilin 31 dekabr 2025-ci il tarixinə 549 milyon 713 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47 milyon 753 min manat və ya 9,5% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 228 milyon 391 min manat, biznes kreditləri portfeli 199 milyon 207 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 122 milyon 116 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 5 milyon 405 min manat və ya 2,4%, 33 milyon 845 min manat və ya 20,5%, 8 milyon 504 min manat və ya 7,5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!