AZ

Qanunsuz saxlanılan silah-sursatın aşkarlanması üzrə əməliyyatlar davam edir

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yanvarın 17-də və 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Seçilən
73
49
7news.az

10Mənbələr